«Səba» ASC 60 əməkdaşını ödənişsiz məzuniyyətə göndərib. Bu barədə Turan-a şirkətin adının çəkilməsini istəməyən əmakdaşı bildirib. Onun sözlərinə görə, oktyabın 1-də iclas keçirilib və elan edilib ki, bu, istehsal ziyanı ilə bağlıdır. Bundan başqa, işləyən əməkdaşların maaşı 40% azaldılıb.
Qeyd edək ki, ASC-nin sədri Fuad Ələkbərov agentlikdən dəfələrlə edilən zənglərə cavab verməyib.
Yeri gəlmişkən, agentlik «Səba» ASC-də gözlənilən ixtisarlar barədə hələ sentyabrda yazmışdı. Amma o vaxt Fuad Ələkbərov informasiyanı təkzib etmiş və bu xəbəri fitnəkarlıq adlandırmışdı.