Bu ilin yeddi ayı ərzində 1171 azərbaycanlı xarici ölkə vətəndaşı ilə nikaha daxil olub.
Qaziler.az biildirir ki, bu barədə Ölkə.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.Məlumatda bildirilir ki, 2016-ci ilin yeddi ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 35,4 min nikaha daxilolma halları qeydə alınıb. Onlardan 624-ü Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 547-i isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.
Azərbayycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və Ukrayna vətəndaşlarıdır.