Bakıda toy karvanında təhlükəli hərəkətlər edən sürücünün videosu yayılıb.
Qaziler.az Avtosfer.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə oktyabrın 3-də yayılan videonun nə vaxt çəkildiyi bilinməsə də, hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyev prospektinə çıxan körpüdə baş verdiyi bildirilir.Toy karvanında olan “Porsche” markalı avtomobilin yolun əksi istiqamətində hərəkət etməsi görənləri təəccübləndirib. Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. “Avtoşluq” edən sürücünü kameraya çəkən yaxını onu “Zadni Rəhman” kimi təqdim edib.
Bu qayda pozuntusuna görə sürücü barəsində 60 manat – 3 ballıq cərimə tətbiq oluna bilər.