Bu ilin fevral ayında prezidentin imzaladığı sərəncama əsasən nazirliklərdə və yerli icra hakimiyyətlərində apellyasiya şuralarının yaradılması prosesi başladı. Hal-hazırda bu qurumlarda apellyasiya şuraları fəliyyət göstərirlər. Lakin fərman veriləndən bu günə kimi nə mətbuatda şuranın fəaliyyəti, nə də hansısa işlər görməsi barədə hər hansı informasiyaya rast gəlmirik. Apellyasiya şuralarının yaradılmasında əsas məqsəd dövlət qurumlarının işinin effektivliyinin artırılması və mövcud problemlərin vaxtında həll edilməsidir. Lakin çox da səs-sorğı çıxmayan şuraların fəaliyyət istiqamətləri və sahibkar vətəndaşların müraciət trayektoriyası nə yerdədir?
Məsələ ilə bağlı dövlət qurum nümayəndəlikləri və ekspertlər danışıb.Apellyasiya Şurasının bundan öncə Vergilər Nazirliyində yaradıldığını xatırladan ekspert Samir Əliyevin sözlərinə görə, indiki hal sadəcə şuraların yaradılmasının genişlənməsi kimi təzahür edir: “Hal-hazırda Apellyasiya şuralarının yaradılmasında əsas məqsəd dövlət qurumlarının işinin effektivliyinin artırılması və mövcud problemlərin vaxtında həll edilməsidir. Bu o deməkdir ki, şuraların yaradılması daha çox sahibkarların problemlərini araşdırmağa kömək edəcək. Burada əsas məqsəd dövlət qurumlarının işinin effektivliyinin artırılmasıdır. Əgər hər hansı bir dövlət qurumunun işindən narazılıq varsa, o zaman şuraya müraciət edilir. Məsələyə şura daxilində baxılır və müvafiq qərar çıxarılır. Ola bilsin, yeni şuralar şikayətlərin təmin edilməsi baxımından yeni bir mexanizm və ya alətdir. Apellyasiya şuralarının qurulması sahibkarların hüquqlarının müdafiəsi baxımından yaradılsa, daha yaxşı olar. Çünki sahibkarlıq və iqtisadiyyatın inkişaf etdirilməsi üçün ayrıca iqtisadi şura və ya sahibkarlığa dəstək şurasına da ehtiyac böyükdür”.
Apellyasiyada şikayətlərin təmin olunması baxımından bu qurumlara tələbat da çox olacağı məntiqə uyğundur. Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevin apellyasiya şuralarının fəaliyyəti ilə bağlı iclasda dediyi kimi, nazirlik və icra hakimiyyəti orqanlarında yeni yaradılan apellyasiya şuralarına müraciətlərin sayı kifayət qədər artıb. Lakin bir məsələ də var ki, həmin şikayətlərə baxan şəxslərin vəzifə mənsubiyyəti ilə bağlı da narazılıqlar var. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev açıqlamasında bildirib ki, nazirliklərdə yaradılan apellyasiya şuralarının idarə heyətində nazirin müavini də yer alır. Əgər sahibkarın nazirdən şikayəti varsa, onun bunu müavinəd eməsi “Səndən sənə şikayətim var” mənasını daşıyır. Ekspert bildirib ki, bu təşəbbüs dəyərli addımdır, lakin bunu nazirliklər daxilində etmək gələcək üçün elə də ciddi effekt verməyəcək: “Əslində bütün nazirliklərdə və icra qurumlarında bu cür şuraların yaradılması onların sahibkarların real problemlərindən xəbərsiz olmalarından xəbər verir. Çünki sahibkarlıq fəaliyyətilə məşğul olanların problemləri daha ciddi və köklüdür. Bu, yalnız hansısa məmurdan şikayət deyil. Bu, mövcud mühit, vəziyyətlə bağlıdır”.
Ekspertlər bildirdi ki, normal və ədalətli şəkildə məhkəmə sistemi fəaliyyət göstərən ölkələrdə belə şuraların yaranmasına ehtiyac yoxdur. Həmçinin apelyasiyalar keçmiş sovet rəcrübəsini xatırladır. O vaxt xalq drujinaları yaranmışdı, yaxud xalq məhkəmələri olurdu ki, bəzi məişət zəminində olan münaqişələri müzakirə edib, müəyyən qərarlar verirdilər lakin bu yanaşma kökündən səhv idi.
Bu nöqteyi-nəzərdən mütəxəssislər belə bir formada Şuraların yaranmaası və fəaliyyət göstərməsi heç bir effekt verməyədiyini söyləyirlər.
Dövlət qurum nümayəndəliyi isə bildirib ki, sahibklarların şikayətlərinin həlli tapılmırsa burada şura günahkar deyil. Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevin sözlərinə görə, apellyasiya şuralarının araşdırmalarının nəticələrinə görə, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı müxtəlif məzmunda müraciətlər etsələr də, qanunvericiliyi mükəmməl bilmədiklərinə, onun müddəalarını düzgün təsbit etmədiklərinə, müəyyən olunmuş prosedurları pozduqlarına görə, şikayətlərə mahiyyəti üzrə baxıb qərar çıxarmaq imkan xaricində olub.
Xatırladaq ki, cari ilin əvvəlində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılması haqqında qərar verilib.
Rüfət Soltan