ANS-in daha 2 əməkdaşı “Space”-ə keçdi — FOTOLAR

ANS-in daha 2 əməkdaşı “Space”-ə keçdi — FOTOLAR backend

Lisenziyası dayandırılan “ANS Müstəqil Yayım və Media” Şirkətinin (ANS TV) daha 2 əməkdaşı köhnə kanaldan ayrılıb.

Qaziler.az bildirir ki, “Ölkə.az” saytının əldə etdiyi məlumata görə, ANS TV-nin müxbirləri – Samirə Ağalıyeva və Hürü Əliyeva bu şirkətdən ayrılaraq, “Space” TV-yə keçiblər.

Samirə Ağalıyeva və Hürü Əliyeva ANS TV-nin “İç xəbər” proqramında müxbir işləyiblər.

Xatırladaq ki, ötən həftə tanınmış aparıcılar - Rövşanə Bektaşi və Elgiz Əkbər də ANS TV-dən ayrılıblar.
Diaspora