Aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında havanın gündüz əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, bəzi yerlərdə 1°-dək şaxta, gündüz 15-20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə bəzi yerlərdə az yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir, gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskinli hava gözlənilir. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman. Bəzi yerlərdə güclü şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-13° isti olacağı gözlənilir.