Tanınmış iqtisadçı hüquq müdafiəçilərini tənqid etdi - Pullu şair olsaydı onu müdafiə etmək üçün növbə idi!

Tanınmış iqtisadçı hüquq müdafiəçilərini tənqid etdi - Pullu şair olsaydı onu müdafiə etmək üçün növbə idi! backend

QAZİLER.AZ saytı xəbər verir ki, tanınmış iqtisadçı Qadir İbrahimli öz facebook səhifəsində hüquq müdafiəçilərini tənqid edib. O, hüquq müdafiəçilərini hakimiyyəti tənqid edən şair Tofiq Həsənlini müdafiə etməməkdə günahlandırıb.

“Hökuməti tənqid edən şair Tofiq Həsənli 6 aydır həbsdədir. Narkotika ilə şərlənib. Təbii ki, əsas motiv tənqidi şeirləridir. Konkret azad sözə görə həbs edilib və real siyasi məhbusdur. Ancaq hüquq-müdafiəçiləri nədənsə susur. Yəqin kasıb olduğuna görədir. Pullu şair olsaydı onu müdafiə etmək üçün növbə idi...”