Lənkəranda 580 nəfər ilk dəfə səs verir

Lənkəranda 580 nəfər ilk dəfə səs verir backend

Lənkəran şəhərində 18 yaşı tamam olmuş 580 nəfər ilk dəfə səs verəcək. APA TV-nin cənub bürosunun məlumatına görə, 73 saylı Lənkəran şəhər Dairə Seçki Dairəsi üzrə 28 seçki məntəqəsi fəaliyyət göstərir. Səs verəcək vətəndaşların sayı 35315 nəfərdir. 12 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə 234 müşahidəçi qeydə alınıb. 7 məntəqədə “RƏY” Monitorinq Qrupu və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi “exit-poll” keçirir.


APA TV-nin çəkiliş qrupunun müşahidə apardığı 8 saylı məntəqədə səsverməyə saat 8.00-da start verilib. Məntəqə sədri Rahim İbrahimov müşahidəçilərin nəzarəti ilə seçki qutusunu möhürləyib. Daha sonra səsvermə başlayıb.

Elə ilk saatlardan məntəqədə seçici aktivliyi müşahidə olunub. Havanın yağmurlu olmasına baxmayaraq, seçicilər həvəslə məntəqəyə gələrək referendumla bağlı münasibətlərini ifadə ediblər.