Saat 10-a qədər seçicilərin 12,9%-i səs verib - İLKİN NƏTİCƏ

Saat 10-a qədər seçicilərin 12,9%-i səs verib - İLKİN NƏTİCƏ backend

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.


APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 10:00-a qədər 5 267 111 seçicidən 680 438 səs verib.

Qeyd olunan vaxta qədər seçici fəallığı 12,9 % təşkil edib.