Temperatur enəcək, yağış yağacaq - SABAH

Temperatur enəcək, yağış yağacaq - SABAH backend

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18, gündüz 20-23, Bakıda gecə 16-18, gündüz 20-22° isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gecə intensiv olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman, gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15° isti olacağı gözlənilir.