Dostu aprel şəhidinin heykəlini hazırladı

Dostu aprel şəhidinin heykəlini hazırladı backend

Şəhid əsgər Samir Kaçayevin heykəli hazırlanıb.

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, aprelin 2-də cəbhədə gedən döyüşlərdə şəhid olan əsgər Samir Kaçayevə heykəl qoyulub. Heykəli Samirin dostu, Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin müəllimi Rahib Qarayev hazırlayıb.

Heykəl 5 aya ərsəyə gəlib.

Artıq heykəlin qəbir daşına yerləşdirilməsi üzərində iş gedir. Tam hazır olduqdan sonra Şamaxının Məlhəm kəndinə aparılacaq və Samir Kaçayevin məzarına qoyulacaq.