Kredit borclarının bağışlanması şayiyədir, yoxsa...

Kredit borclarının bağışlanması şayiyədir, yoxsa... backend

Banklara borcu olanların kretid borclarının silinməsi demək olar ən aktual mövzulardan birinə çevrilib. Təbii ki, əhalinin sosial rifahı həm də kretdi məsələsi ilə bağlıdır. Ölkədə əhalinin 26 faizinin kredit borcu var. Bu borclardan amnistiya olunma xəbəri nə dərəcədə reallığa söykənir?

Ekspertər düşünür ki, borclardan azad olunma mümkündür. Lakin bunu bütün əməkdaşlara aid etmək olmaz. Əhalinin borclu təbəqsi arasında müxtəlif maddi sıxıntılar yaşayanlar var ki, onların da bu çətinliyi elə müxtəlif şəraitlərə əsaslanır. İqtisadçı eksperr Vüqar Bayramov kreditlərin bağlanmasına münasibət bildirərək deyib ki, əhalini də səas maraqlandıran sual bu prosesin necə və hansı mərhələlərdə baş verəcəyidir: “İlk öncə onu deyim ki, nəzəri və praktik baxımdan müəyyən kredit borclarının bağışlanması mümkündür. Təbii ki, söhbət heç də bütün borcların bağışlanmasından getmir. Hələ birinci və eləcə də sonuncu devalvasiyadan sonra hazırladığım təkliflər paketində 3 növ kredit güzəşti təklif etmişdim”.

Ekpertin təklif etdiyi güzəşlər isə kredit portfelinin yenidən qiymətləndirilməsi aparılması, ailə başçısını itirən, işləmək qabiliyyətindən mərhum olan və eləcə də dünyasını dəyişən şəxslərə kredit amnistiyası tətbiq edilməsi, o cümlədən 5 min dollaradək olan kreditlərdə ödəniş məzənnəsi 1 dollar 1.05 manat kursu ilə hesablanmasıdır. Sonuncu təklifdə isə iqtisadçı kredit borcu 10 min dollardan artıq olan vətəndaşların borclarının bölüşdürülməsinə arxalanır. Belə ki, təklifə görə, 5 min dollardan çox və 10 min dollardan az olan kreditlər üçün ikinci devalvasiya nəticəsində yaranan fərq üç tərəfli olaraq dövlət, bank və müştəri arasında bölüşdürülməldir.

Mövzu aktualdır, təkliflər var, qərar olacaqmı?..

Bank sektoruna verilən təkliflərlə vətəndaşlar razıdırlar. Hər kəs anlayır ki, kretid borcunun bağışlanması heç də hamı üçün deyil. Lakin bu məsələ ilə bağlı qərarın veriləcəyi sual altındadır. Kredit güzəşti və ya amnistiyası ilə bağlı qərarın olub-olmayacağı dövlət qurumlarının səlahiyyətindən asılıdır. Bu daha çox Mərkəzi Bankla Maliyyə Nazirliyinin anlaşmasından asılı məsələdir. Vüqar Bayramov deyir ki, Maliyyə Bazarlarında Nəzarət Palatası heç şübhəsiz bu iki qurumun anlaşmasını dəstəkləyəcək. Ona görə də, sözügedən maliyyə-kredit qurumları məhz bu məsələ ilə bağlı qərar vermək səlahiyyətinə malik olduqlar üçün hansı qərarın olacağı ilə proqnoz vermək mümkün deyil.

O güman edir ki, kreditlərə güzəştin verilməsi ilə bağlı maliyyə imkanları var. Əvvəlki statuslarımda da qeyd etdiyim kimi, problemli aktivlərin və eləcə də kreditlərin sağlamlaşdırılması proqramı qəbul etməklə bunu reallaşdırmaq mümkündür. Bu zaman kreditlər güzəştlərin tətbiq edilməsi və eləcə də sağlamlaşdırma tədbirləri mərhələli şəkildə həyata keçirildiyi üçün Mərkəzi Bank üçün ciddi əlavə maliyyə öhdəliyi yaratmayacaq.

Digər ekspert Samir Əliyev isə borcların amnistiyasını sadəlövlük kimi qiymətləndirib: “Banklara olan borclara görə «amnistiya» olacağını güman etmək sadəlövhlük olardı. O cümlədən kredit amnistiyası banklarda da xaos, yarada bilər”.

Millət vəkili Zahid Oruc isə məsələyə vətəndaş mövqeyindən yanaşıb. O bildirib ki, bu məsələnin gündəmdə bu qədər dolğunlaşması vətəndaş cəmiyyətinin dövlət orqanlarına münasibətinə təsir göstərə bilər: “Hər bir kredit öhdəliyi altında olan şəxslərin münasibəti bilavasitə banklarladır. Bu baxımdan Mərkəzi Bankın göstərişi onlar üçün məcburi qüvvəyə malik olmaya bilər. Hesab edirəm ki, Avropa Oyunlarının ölkədə yaratdığı milli birlik, uğur fenomeni fonunda insanlarda belə bir ümidin yaranmasını hardasa başa düşmək olar. Təkcə kredit yox, əhalinin qaz borclarının silinməsi barədə də bizə müraciətlər daxil olur. Belə çıxır ki, cəmiyyətdə bununla bağlı bir gözlənti var. Əgər kimlərinsə kredit borcları bağlanacaqsa, bu halda kredit öhdəliyini hazırda yerinə yetirən və müxtəlif çətinlik şəraitinə qatlanan insanların da maraqlarına toxunulmuş olacaq. Ona görə də vətəndaşları süni şəkildə qeyri-müəyyən bir perspektivə söykəmək düzgün deyil. Sonradan bunlar reallaşmayanda bu, dövlət orqanlarına mənfi münasibətə səbəb ola bilər. Buna görə də Mərkəzi Bank bu məsələyə operativ şəkildə cavab verməlidir. Amma nəzərə almalıyıq ki, Konstitusiya Məhkəməsinin məlum qərarından, Mərkəzi Bank rəhbərinin parlamentdəki çıxışından sonra yalnız kredit faizlərinin aşağı salınması ilə bağlı güzəşti gözləmək olar. Kreditlərin silinməsi ilə bağlı məsələnin dövriyyəyə buraxılması düşünmürəm ki, vətəndaşlara olan yanğıdan doğur, mənə elə gəlir ki, onlar dövləti hansısa məsələdə sınağa çəkirlər ki, alınmayanda həmin insanlar dövlətdən narazı qalsınlar”. Vətəndaşların banklara olan kretid borclarının bağlanması xəbərinə rəsmi qurumdan verilən cavabda isə məlumatın təkzib olunduğun bildirilib. Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən daxil olan məlumatda bildirilir: “Sorgunuza cavab olaraq bildiririk ki, qeyd etdiyiniz məlumat həqiqətə uyğun deyil”.

Rüfət Soltan