Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşdü

Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşdü backend

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, görüşdə ölkələr arasında əlaqələrin yüksək səviyyədə olması və dövlət başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratması məmnunluqla qeyd olunub. Azərbaycan və Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı münasibətlərin güclənməsinə xidmət edən fəaliyyətlərin müzakirə olunduğu görüşdə dövlətlərin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.