Bakıda velosiped üçün dayanacaqlar tikilib. Artıq velosiped sürənlərdə öz nəqliyyat vasitələrini dayanacaqlarda saxlaya biləcəklər.
Qaziler.az Xəzərxəbər.com-a istinadən bildirir ki, bir il əvvəl icrasına başlanan layihə çərçivəsində artıq paytaxtda 10-dan çox ünvanda belə parkinq yerləri quraşdırılıb.Velodayanacaqlar IDEA İctimai Birliyi ilə Velosiped İdmanı Federasiyası birlikdə quraşdırılır.
Gələcəkdə paytaxda 100-dək "IDEA velosiped dayanacağı"nın quraşdırılması nəzərdə tutulub. Dayanacaqların quraşdırılması şəhərimizdə ekoloji təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etmək məqsədi daşıyır. Belə ki, Bakı şəhərində xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhali arasında bu nəqliyyat növünün seçilməsi üçün əlavə stimul yaradacaq.
Təşkilatçılar deyir ki. ilkin olaraq paytaxtda belə dayancaqların sayı artırılacaq.
Daha sonra bölgələrdə də bu layihəni həyata keçirməyi planlaşdırırlar.
Pərviz Musayevn sözlərinə görə, gələcəkdə bu dayanacaqların sayını artırmaqla yanaşı veloyolların salınması planlaşdırırlar.
“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: