Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adlarını açıqlayıb. Siyahıdakı adların artcağı gözlənilir. Artılq ictimia fəallar nazirliyin mövqeyini dəstəkləməyə başlayıblar. Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bu mövzuda açıqlama yayıb. Açıqlamanı olduğu kimi təqdim edirik:
"Vergilər Nazirliyi vergi borcu olan müğənnilərin ölkədən çıxışına qadağa qoyur. Yaxşı xəbərdir. Onların borcları çoxdur, bundan sonra daha da artacaq. Belə getsə, başqa sənət tapmağa məcbur olacaqlar. Vergilər Nazirliyi tarix yaza bilər. Cəmiyyətin manıslaşmasının qarşısını almağa gücümüz çatmırdı. Vergilər Nazirliyi bizi arzuimuza çatdıra bilər. Alqışlayaq.
Jurnalistlər Vergilər Nazirliyinin bu addımını təqdir etsə və dəstək versələr yaxşı olar. Hələ məslənin ikinci tərəfi də var: büdcəyə xeyli əlavə vəsait daxil olcaq ki, indiki məqamda bu, Azərbaycana çox lazımdır. Məsələn, jurnalist müsabiqədə min manat udur, 3 yerə vergi verir. O jurnalist ki, nəinki villası var, bəlkə də kirayədə yaşayır. Ancaq müğənnilər bütün günü maşınlarını, evlərini, telefon nömrələrini reklam edirlər. Necə olur, onlar təbliğatları üçün KİV-ə, xüsusən də televiziyalara reklam pulu ödəyirlər, dövlətin vergisini vermirlər. Halbuki, mənəvi baxımdan dövlətə vergi vermək vətəndaşın şərəf borcudur. Dövləti biz yaşatmalıyıq".