Bu gün bütün məktəblərdə yeni dərs ili başladı. İlk dəfə məktəbə qədəm qoyan birincilər həm həyacanlı, həm də sevincli idilər. Valideyinlərinin böyrünə qısılıb ətrafa urkək –ürkək boylanırdılar. Onlar ilk dəfə sinif otaqlarına daxil olub” Ana “,”Vətən“ sözlərini yazacaqlar. Bu sözləri təkcə ağ vərəqə yox, qəlblərinə, beyinlərinə həkk edəcəklər. Bu il ölkəmizdə 160 mindən çox şagird birinci sinifə qədəm qoydular.
Nizami rayonundakı 220 saylı məktəbin şagirdləri istər idmanda, istərsə də bilik yarışlarında qabaqcıllar sırasında olublar. Ötən il “Ağıl dəryası”nın qalibi də məhz bu məktəbdən olmuşdur. Məktəbin yeni seçilən direktoru Nərminə xanım Ağayeva məzunlarının uğurlarında danışdıqça köksü qəlbinə sığmırdı.Bu il bir nəfər 700 bal 16 nəfər 600-dənı 15 nəfər isə 500 yuxarı bal toplamışlar -söylədi.
Dövlət Neft Fondunun maliyyəsi ilə 2612 nəfər xaricdə təhsil alır ki, onların arasında bu məktəbin də məzunları var. Son da məktəbin məzunun ifasında əzəmətli Azərbayçan mahnısı səsləndi. Yeni dərs iliniz mübarək əziz müəllimlər şagirdlər uğurlarınız bol olsun.
Səriyyə Müslüm qızı