Sentyabrın 18-də "Müsavat" partiyasının Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Qaziler.az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, "Müsavat" -ın bu gün keçirilmiş mitinqi ilə bağlı məlumat yayıb.Saat 15:00-dan 17:00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.