Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Seyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinskini qəbul edib.
QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən mləumata görə, qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən A.Paşazadə qarşıdan gələn Pasxa bayramı münasibətilə dünya katoliklərini təbrik edib və Zati-müqəddəslərinə təbrik məktubunu elçiyə təqdim edib.
Nunsi M.Solçinski görüş imkanına görə QMİ sədrinə minnətdarlığını bildirib, Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında Şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycandakı katolik icmasının başçısı ordinari Vladimir Fekete də iştirak edib.