Hər dəfə sosial şəbəkələrdə telefon nömrələrinin satışı haqqında müxtəlif xəbərlər təqdim etmişik.
Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, bu dəfə sizə telefon yox, məhz avtomobil nömrələrinin satışı barədə danışacağıq. Qanunla qadağan olsada, sosial şəbəkələrdə belə satışlar həyata keçirlir.1500, 2000, 7000, hətta 15 min manat. Nömrə və seriaların düzülüşü kimi qiymətləridə fərqlidir. Bu dəfə telefon yox məhz avtomobil nömrələri satışı sosial şəbəkələrdə həyata keçirilir.
Qanunla qadağan olunsada amma bir cox sosial şəbəkəsində profil açılaraq nömrələrin satışı həyata keçirilir.
Hətta bu profildə nömrələrin əldə olunması üçün hər bir şey ən incə detalına qədər qeyd olunub...Nömrələrin sifariş olunaraq kimdən əldə olunması üçün mobil nömrələr belə yazılıb.
Ancaq baş dövlət yol polis idarəsində hesab edirlər ki,nömrələirn bu formada satılması qanuna uyğun deyil.
Qanunla dövlət qeydiyyat nişanı 22 manatdan başlayır. Seriaya və rəqəmlərin düzülüşünə görə rüsum 2500 manata kimi yüksələ bilər.
Amma hər hansısa bir saytda və ya sosail şəbəkədə bu cür elanlarla nömrələrin satışını heç kim həyata keçirə bilməz.Bunu edənlər isə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Baş dövlət yol polis idarəsi artıq belə halların çoxalmasını nəzərə alaraq qabaqlayıcı tədbirlərə başlayacaq.