Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq backend

Sentyabrın 16-da saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, “Novxanı” və “Mehdiabad”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Ağcəbədi” və “Quzanlı”, həmçinin Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə-Körpü Tikinti-2” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Qaziler.az bildirir ki, SOCAR-dan verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad, Göygöl rayonunun Balçılıq və Qırıxlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Ağcabədi və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.