Azərbaycanda bu gün satışa çıxarılan 3 vertalyotun yeni sahibi məlum olub.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən ilk açıq hərracda digər dövlət müəssisələri ilə yanaşı "Mİ-8" helikopterləri də satışa təqdim olub.Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, bu hərrac təcrübəsində bir yenilik olub. İlk dəfədir ki, satşa çıxarılan 3 helokopterin 3-ü də satılıb. AZAL-a məxsus olan hər üç helikopteri "Silk Way" avişirkəti alıb. İstismar müddəti başa çatdığı üçün onların sadəcə yararlı ehtiyyat hissələrindən istifadə ediləcək. Helikopterlərdən biri 130, digər ikisi 134 min manata satılıb. İlk açıq hərracda ümumilikdə 36 dövlət əmlakı satılıb. Nəticədə dövlət büdcəsinə 1 milyon 800 min manat daxil olub.
Əksər müəssisələr rahatlıqla satılsa da, Bülbülə qəsəbəsində yerləşən obyektin hərracı yüksək rəqabət şəraitində keçdi. Obyektin ilkin satış dəyəri 19 min 100 manat göstərilirdi. Hərrac zamanı məbləğ 38 min manatadək yüksəldi. Mağazanın yeni sahibinin sözlərinə görə, həmin ərazidə belə bir obyektin bazar qiyməti 100 min manatdan yüksəkdir.
Hərracda dövlət müəssisələrinin xidməti avtomobilləri olan "QAZ-31" 1500 manata, “Volkswagen Passat” 1800, "Chevrolet Niva” isə 3000 manata özəlləşdirilib.