Milli Məclis qanunlara dəyişiklik etdi

Milli Məclis qanunlara dəyişiklik etdi backend

QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişiklik edilib.

APA-nın məlumatına görə, bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Uşaq hüquqları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Polis haqqında”, “Notariat haqqında”, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət sirri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlar və Seçki Məcəlləsidir.
Dəyişikliklər ötən ilin yazında vətəndaşlıqdan çıxma və qəbul olunma ilə bağlı qəbul edilmiş dəyişikliyə əsasən edilib və redaktə xarakterli olub.
Diaspora