Ali məktəblərdə təhsilin idarə edilməsi elektronlaşır

Ali məktəblərdə təhsilin idarə edilməsi elektronlaşır backend

Ali məktəblərdə təhsilin idarə edilməsi elektronlaşır. Bununla bağlı yeni tədris ilindən etibarən ilk dəfə olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Unibuk” layihəsi tətbiq ediləcək.

“Unibuk” layihəsi tələbə və müəllimlərin elektron informasiya bazasıdır.

Yeni sistemdə müəllimlərin və tələbələrin şəxsi profilləri var və onlar bir-birilərinə sms göndərə bilərlər. Profillərdə şəxs haqqında ətraflı məlumatları yalnız eyni fakultənin tələbələri görə bilirlər.

Davamiyyət və qiymətlərdə dəyişiklik etmək demək olar ki, mümkün deyil. Çünki dəyişiklik olarsa bu dərhal öz əksini sistemdə tapır.

“Unibuk” sistemi vaxt itkisinin qarşısını alır.

Bu sistemdən bəhrələnmək üçün istənilən texniki vasitənin internetə qaşulması mütləqdir.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: