Ombudsmanla YUNİSEF arasında əməkdaşlıq müqavilə imzalandı

Ombudsmanla YUNİSEF arasında əməkdaşlıq müqavilə imzalandı backend

QAZİLER.AZ saytı Azxərbaycan Respublikası Ombdusmanın saytına istinadən bildirir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadzeni qəbul etmişdir. Görüşdə bu qurumun rəhbərinin müavini xanım Nafisa Binte Shafiqi və məsul əməkdaşı Ramiz Behbudov da iştirak etmişlər.

Ombudsman nüfuzlu beynəlxalq qurum olan YUNİSEF-lə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır. Müvəkkil gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə etmişdir. O, ölkəmizdə uşaq və gənclər siyasətinin də uğurla həyata keçirildiyini, Heydər Əliyev Fondunun bu istiqamətdə mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
Ombudsman təsisatının uşaq hüquqlarının təmininə və təbliğinə də böyük diqqət yetirdiyi, Müvəkkilin uşaq hüquqları üzrə ombudsmanların Avropa şəbəkəsinin (ENOC) üzvü olduğu diqqətə çatdırılmışdır.
YUNİSEF-in ölkə nümayəndəliyinin rəhbəri A.Şilakadze Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını, uşaq hüquqlarının müdafiəsində nailiyyətlər əldə etdiyini söyləmişdir. O, Azərbaycan Ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının sahəsində zəngin təcrübəyə malik olduğunu, innovativ təşəbbüsləri ilə tanındığını vurğulamışdır.
Görüşdə habelə gələcək əməkdaşlığın prioritetləri müzakirə olunmuşdur.
E.Süleymanova yaxın keçmişdə həyata keçirilən və müsbət nəticələr vermiş Tvinninq və TAİEX proqramları çərçivəsində təsisatın uğurlu iştirakını, sözügedən layihələr nəticəsində hər iki tərəfin qarşılıqlı olaraq, müsbət təcrübəyə yiyələndiyini öyrəndiyini, layihəyə əsasən görüləcək işlərin də uğurlu olacağına inandığını bildirmişdir.

Görüşdə Ombudsman təsisatı ilə YUNİSEF arasında 2015-ci il üzrə əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanmışdır. Müvəkkil adı çəkilən beynəlxalq qurumla birgə əməkdaşlıq üçün cari iş planında sosial cəhətdən təcrid olunmuş uşaqların tam və məhsuldar olaraq gündəlik həyatlarında təkmilləşmiş keyfiyyətli xidmətlərdən istifadə imkanının genişləndirilməsinin, Ombudsmanın Milli Preventiv Qrupunun, habelə uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təlimlər vasitəsilə bacarıqlarının artırılmasının, Regional Mərkəzlərin və yerli QHT-lərin də bu prosesə cəlb edilməsinin, uşaq hüquqlarının müdafiəsinin monitorinqinin genişləndirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.

Müvəkkil habelə cari plan üzrə keçiriləcək tədbirlərin Uşaq hüquqlarına dair Konvensiyanın müddəalarına, habelə BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələrə əsasən həyata keçirilməsinin vacibliyini önə çəkmiş, habelə yerli mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlərin də iştirakı ilə mütəmadi maarifləndirici, metodiki tədbirlərin, treninq-seminarların, o cümlədən müvafiq sahədə öyrəniləcək müsbət təcrübələrin böyük töhfə verəcəyini bildirmişdir.
Qonaq səmimi qəbul və səmərəli fikir mübadiləsi üçün E.Süleymanovaya minnətdarlığını bildirmiş, qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu və Müvəkkilin fəaliyyətinə dəstək verəcəyini diqqətə çatdırmışdır.
Diaspora