Bütün taksilərdə vahid qiymət tətbiq olunacaq?

Bütün taksilərdə vahid qiymət tətbiq olunacaq? backend

Dünya təcrübəsində taksilər vahid qiymətlə işləyir.

Bəs bizdə nə vaxt bu sistemə keçiləcək?

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, Bakı şəhər sakini Elçin Quliyevin dedikləri ilə çoxumuz üzləşirik. Bakıda taksilərin vahid qiymət sistemi yoxdur. Paytaxtda çoxlu fərdi sürücülər və taksi şirkətləri fəaliyyət göstərir. Hansı taksi şirkətinə eyni istiqamət üzrə sorğu göndərsəniz fərqli qiymətləri görəcəksiniz.

Bəs taksilərin vahid qiymət sisteminə keçidi nə vaxt baş verəcək? Bakı Nəqliyyat Agentliyindən bildirirlər ki, bu məsələ onların da diqqətindədir. Və üzərində fikirləşirlər.

Sənədə əsasən taksi xidməti göstərənlərə yeni fərqlənmə nişanı veriləcək. Burda avtomobilin komfortu, internet və digər əlavə xidmətlər göstərməsi kimi məsələlər nəzərə alınacaq ki, bu da qiymətlərə təsir edəcək.

Amma bunun nə vaxt baş verəcəyi dəqiq məlum deyil.