Azərbaycanda martda beynəlxalq internet trafikin həcmi 155 Gbp/s olub

Azərbaycanda martda beynəlxalq internet trafikin həcmi 155 Gbp/s olub backend

QAZİLER.AZ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadla bildirir ki, Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, martda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.

“Delta Telecom” şirkətinin rəsmi statistikasına əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3 faiz artaraq 155 Gbp/s-dən çox olub. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 29 faiz artıb.

Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 12,5 faiz artaraq 40 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 50 faiz artıb.
Diaspora