Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığından tıxacların yaranmasında birbaşa rol oynayan yol kənarlarında qanunsuz avtomobil parklaması məsələsi gündəmə gəlir.
Qaziler.az ATV.az-a istinadən bildirir ki, xüsusilə də məktəblərin ətrafında saxlanılan avtomaşınlar yolda hərəkəti məhdudlaşdırır. Ona görə də paytaxtın əksər ərazilərində 2011-ci ildə quraşdırılan 44 ədəd parklamaya nəzarət kamerası yenidən bərpa edilib.Prosesə artıq bugündən start verilib. Paytaxtın xüsusilə, "Neftçilər", "Bülbül" prospektlərində, "Səməd Vurğun", "28 May", "Rəşid Behbudov" küçələrində parklama qaydaları kobud şəkildə pozulur. Sürücülər isə qanunsuz parklamanı kameraların qeydə aldığını bildiklərini desələr də, qaydaları pozanlar az deyil.
Bakı Nəqliyyat Agentliyindən bildirdilər ki, qanunsuz parklama ilə bağlı artıq monitorinqlərə start verilib. Kameralar təkcə qanunsuz park edilən avtomobilləri deyil, həm də düzgün yerdə quraşdırılmayan parkomatların əhatə dairəsindəki maşınları da qeydə alacaq.
Qeyd edək ki, avtomobilini nəzərdə tutulmayan yerdə park edən sürücü 20 manat məbləğində cərimə olunur.