İşsizliyə qarşı məşğulluq

İşsizliyə qarşı məşğulluq backend

İşsizlik bəşəriyyətin ən çox müzakirə olunan problemlərindən biri olub. Hazırki dövrdə də dünya hökümətləri bu məsələnin həllində vacib addımlar atmaqdadır. Lakin günümüzün statistikası göstərir ki, hazırda dünya ölkələrində ortalama işsizlik səviyyəsi 13 faizdir. Beynəlxalq sosial araşdırmaçıları isə növbəti və ondan sonrakı illərdə işsizliklə bağlı bədbin proqnozlar verirlər.

Dünyada işsizlik

Beynəlxalq Əmək Təşkilatı hələ 3 il əvvəlki Dünyada Məşğuluq Meylləri adlı hesabatında bildirib ki, dünyada 197 milyon işsiz var. Onun 39 milyonu artıq uzun müddətdir işsiz olduğundan, yeni iş axtarmır da.

Beynəlxalq Əmək Təşkilatının (BƏT)-nın yeni hesabat və proqnozunda is belə deyilir: 2015-ci ildə dünya iqtisadiyyatının artımı 3,1% təşkil edib ki, bu da bir il əvvəl proqnozlaşdırılandan 0,5% azdır. İqtisadiyyatın belə zəifləməsi işsizlik artımının davam etməsinə gətirib çıxardı və onların sayı 197,1 milyon nəfərə çatıb. Bu, 2014-cü il ilə müqayisədə təqribən 1 mln. və 2007-ci il böhranına qədər olan dövrdən isə 27 mln. çoxdur. Ən son məlumatlara görə, dünyada işsizlik artımı 2016-cı ildə təqribən 2,3 milyon nəfər, 2017-ci ildə isə 1,1 mln. nəfər gözlənilir, yəni müvafiq olaraq 199,4 mln və 200,5 mln. nəfərə qədər", - deyə hesabatda bildirilir.

BƏT buna əsas səbəb kimi iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Çində iqtisadi artım tempinin zəifləməsini, həmçinin Rusiya və Braziliya kimi böyük xammal ixracatçılarına toxunan xammal qiymətlərinin aşağı düşməsini göstərir.


İşsizlik dünyanın əsas iqtisadi mərkəzlərində — ABŞ-da işsizlik 7.8 %, Avropa Birliyində 11.8%-dir. Beynəlxalq Valyuta Fondunun (İMF) proqnozuna görə isə, bu il iqtisadi inkişaf əvvəl gözlənəndən də az olacaq — cəmi 3.6 % səviyyəsində. Üstəlik — rəqəmlərdəki inkişaf da iş yerlərinin yaranması mənasına gəlmir. Fondun İcraçı Direktoru Christine Lagard çıxışında dünya hökumətlərini iş yerləri yaradacaq real iqtisadi inkişaf üçün çalışmağa çağırmışdı.
Beynəlxalq Əmək Təşkilatı isə açıqca bəyan edir ki, hökumətlərin büdcə kəsirini azaltmaq üçün ixtisar və qənaət siyasətləri üzündən işsizlik daha ciddi problemə çevrilir. Hesabata görə, gənclər arasında işsizlik daha ciddi problemdir. Hazırda dünya üzrə 73.8 milyon gənc işsizdir. Bu il daha yarım milyon gənc işini itirəcək. Yəni hazırda əmək qabiliyyətli gənclərin dünya üzrə 12.6 faizi işsizdirsə, 2017-ci ilə qədər bu rəqəm 13 faizə çatacaq. Dünya üzrə bədbin proqnozların fonunda təşkilat hesab edir ki, Azərbaycanın da aid olduğu Mərkəzi — Şərqi Avropa regionu və MDB dövlətlərində vəziyyət daha ürəkaçandır. Əmək Təşkilatının rəsmi statistikaya əsasən yazdığı hesabata görə, regionda 2009-cu ildə 10.1 % olan işsizlik 2012-ci ildə 8.2 %-ə enib. 2017-ci ilə qədər işsizliyin 7.9 faizə düşməsi gözlənilir. Hesabata əsasən, özəlliklə enerji resurslarının ixraçı ilə qazanan Rusiya, Qazaxıstan, Azərbaycan kimi dövlətlərdə vəziyyət fərqlənir.
Qeyd edək ki, rəsmi statistikaya görə 4 il əvvəl İşsizlərin sayına gəldikdə, Azərbaycanda bu rəqəm 11 faiz olub. Ümumi məşğulluğa gəldikdə isə, Azərbaycanda əmək qabiliyyətli əhalinin 68 faizə yaxını iş yerlərində çalışır, qalanı fərdi təsərrüfatlarda. Ermənistanda və Rusiyada 70, Qazaxıstan və Qırğızıstanda isə 80 faizə yaxındır. Azərbaycanda əhalinin 45, Ermənistanda isə 49 faizi qeyri-rəsmi işlər görür. Ən yüksək rəqəm Qırğızıstandadır, 68 faiz.

Hal ahzırda isə vəziyyət tamam fərqlidir. Rəsmi statistika əvvəlki illərə nibətən pozitin rəqəmləri yayıb. 4 il ərzində Azərbaycanda görülən makroiqtisadi layihələr, məşğulluq idarələrin yaradılması və fəaliyyətinin gücləndirilməsi xeyli sayda işlə təmnata səbəb olub. Nəticə etibarilə rsəmi nümayəndələrin, eləcə də statistikanın verdiyi açıqlamaya görə bu il Azzərbaycanda işsizlik səviyyəsi 5 faizə düşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə məşğulluğu təmin olunanların 35,5 faizini gənclər təşkil edib. cari ilin 6 ayında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi şəxslərin 15800 nəfərə yaxını və ya 35,5 faizi gənclərdən ibarət olub.

Qeyd olunan dövrdə Xidmət tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 156 nəfərini (28,4 faiz), Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilənlərin isə 632 nəfərini (55,7 faiz) gənclər təşkil edib.

İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğun olaraq rəqabətə davamlı peşələrə yiyələnmələri üçün müxtəlif peşələr üzrə təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili zamanı da gənclər diqqətdə saxlanılır. Hesabat dövründə Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan vətəndaşların 1253 nəfəri (65 faiz) gənclər olub.

Bundan başqa, sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə reabilitasiyası həyata keçirilir. Qeyd edilən dövrndə bu təbəqədən olan 200 nəfərə yaxın gənc ayrı-ayrı peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunublar.

Nazirlikdən bildirilib ki, əksəriyyəti gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri cari ildə 8 ali təhsil müəssisəsində davam etdirilib. Bu tədbirlərdə 259 müəssisəyə aid 1452 boş (vakant) iş yeri təklif olunub.

Həmçinin Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) və onun birgə müəssisələrində 7 541 nəfər müvəqqəti işlə təmin olunub.Eləcə də vakansiyalar əsasən SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi, Qaz İxrac və Nəqliyyat idarələrini, eləcə də Şirkətin təsisçiliyi ilə yaradılmış Alyansları, Birgə Müəssisələri və Əməliyyat Şirkətlərini əhatə edib: "Cari ilin martın 1-dək SOCAR üzrə ümumilikdə 7 541 nəfər, o cümlədən "Azəriqaz” üzrə 5 357, Qaz İxrac İdarəsi üzrə 960, Nəqliyyat İdarəsi üzrə isə 283 nəfər müvəqqəti işlə təmin olunub. SOCAR üzrə ümumi işlə təmin olunanların 941 nəfəri Alyans, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin payına düşüb. Demək olar ki, ölkənin bütün rayon və şəhərlərini əhatə edən bu işəgötürmə kampaniyası zamanı Qaradağ (432 nəfər), Gəncə (269 nəfər), Şəmkir (250 nəfər), Masallı (237 nəfər), Lənkəran (235 nəfər), Salyan (225 nəfər), Bərdə (221 nəfər), Cəlilabad (221 nəfər) iş həcmləri və qəbul edilən müvəqqəti işçilərin sayı baxımından daha çox fərqlənib

Qərbi geridə qoymuşuq

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən 2014-cü ilin sonlarında (oktyabr ayında) işsizlik səviyyəsi Avropa məkanında 11,5 faiz, Avropa İttifaqında 10 faiz, İspaniyada 24 faiz,Portuqaliyada 13,4 faiz, İtaliyada 13,2 faiz,Slovakiyada 12,9 faiz, İrlandiyada 10,9 faiz,Fransada 10,5 faiz,Sloveniyada 8,8 faiz olub: "Hətta inkişaf etmiş ölkələrdə artmaqda olan işsizlik səviyyəsi Azərbaycanda son on ildə sürətlə azalaraq 4,9 faizə enib. Eyni zamanda, yeni yaradılan iş yerlərinin 80 faizinin regionları əhatə etməsi ölkənin bölgələri üzrə əmək bazarları arasında qeyri-bərabər vəziyyətin aradan qalxmasına imkan verib. BƏT-in məlumatına əsasən, hələ 2010-cu ildə ölkəmizdə şəhər və kənd yerləri üzrə işsizlik səviyyələri müvafiq olaraq 5,8 faiz və 5,4 faiz olub. Müqayisə olunan digər ölkələrdə, məsələn,Rusiyada bu, 17,6 faiz və 3,7 faiz,Türkiyədə 14,2 faiz və 7,3 faiz, Fransada 9,8 faiz və 7,2 faiz,Bolqarıstanda 8,6 faiz və 12,3 faiz,Latviyada 20,3 faiz və 17 faiz təşkil edib”.
Dünya ölkələrinin hökumətləri qarşısında duran əsas porblemlərdən biri də məşğulluqdur. Ona görə də hökumətlər bu problemin çözümü üçün böyük səy göstərirlər. Təsadüfi deyil ki, seçki kampaniyalarında işsizliyin ləğvi seçiciləri öz tərəfinə çəkmək üçün əsas şüar sayılır.

Qərb ölkələrindəişsizliyin orta göstəricisi 8 faiz təşkil edir ki, Onlar ən az yaşayış minimumu təmin olunmuş şəkildə müavinət alaraq iş axtarmağa davam edirlər.

Məşğulluq idarəsinə müraciət etməyən vətəndaş...

İşsizliyin səviyyəsi azalmasında Məşğullu idarələri potensial hesab oluna bilər. Həmin Mərkəzlərə müraciət edənlər daaz deyil. Lakin ölkədə işsiz əhalinin psixolji məqamların yer aldığı bəzi səbəblərdən Məşğullluqlara müraciət etməkdən imtina edirlər. Bununla bağlı bizimlə fikilərini bğlüşən iqtisadçi ekspert Nazim Məmmədov deyir ki, burada bir neçə psixoloji məqamlar var: «Ola bilsin ki, bəziləri günəmuzd və ya mövsümi işlərdə çalışır, ona görə də işsiz kimi gedib status almağa çalışmırlar. Bəziləri isə orda təklif olunan işləri öz şəxsiyyətlərinə sığışdırmırlar».
Bölgələrdə yaşayan əhalinin çoxunun öz adına olan torpaq sahələrinə görə işsiz və ya yoxsul kimi qeydə alınmamasına gəlincə, N.Məmmədov deyir ki, aqrar sektorda mülkiyyətçi kimi qeydiyyata düşmüş 1,5 milyondan çox vətəndaş var:
"Onların işsiz hesab olunması və olunmaması qanunla müəyyən edilə bilər, amma burda birmənalı fikir söyləmək olmaz. Hamı bilir ki, onların müəyyən qismi bu torpaqlardan istifadə edib gəlir əldə edir. Lakin bir çoxlarının torpaq sahələri müxtəlif səbəblərdən, məsələn, Ermənistanla sərhədyanı ərazilərdə və ya qeyri-münbit sahələrdə yerləşdiyindən, torpağı becərmək üçün lazımi maliyyə və işçi qüvvəsi olmamasından həmin torpaqlardan gəlir götürə bilmirlər. Belələri işsiz sayılmalıdır”.

Rüfət Soltan