Azərbaycanda sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya verməməsinə və ya təhrif olunmuş, yanlış məlumatı verməsinə görə cərimələnəcək. “Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 602.4 maddəsinə dəyişiklik təklif olunur.
Dəyişiklik layihəsinə əsasən, yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təhrif olunmuş, yanlış formada verilməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatədək cərimə edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.