Azərbaycan ərazisində küləkli hava proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, bu gündən etibarən artıq Bakı və Abşeron yarımadasında, o cümlədən bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq. Cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunub. Gündüz külək arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.
Sabahdan isə şimal-qərb küləyinin cənub küləyinə keçməsi gözlənilir. Küləkli havaşəraiti yaxın 2-3 gün ərzində müşahidə olunacaq.Bölgələrdə də küləkli hava şəraiti müşahidə ediləcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Ölkə ərazisində şimal-qərb küləyi cənub, sonra yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur rejimində isə ciddi dəyişiklik gözlənilmir.