Həyətlərdə dayanacaq problemi - İcra hakimiyyəti vəd verdi...

Həyətlərdə dayanacaq problemi - İcra hakimiyyəti vəd verdi... backend

75 yaşlı Telman Məmmədov deyir yaşımın bu çağında həyətdə oturub rahat dincələ bilmirəm.

Yaşadığım binanın qarşısını bir tərəfdən şəxsi bağlar zəbt edibsə, digər tərəfdən də avtomobillər tutub. Bu səbəbdən də dincəlmək üçün qonşuludakı binanın həyətinə üz tuturam.
Qaziler.az ATV.az-a istinadən bildirir ki, sakinlərin istəyi, dövlətin qərarı ilə paytaxtda Binaların qarşısındakı zəbt edilmiş bağ sahələrinin sökülmə prosesi davam edir.

Şəxsi avtomobillərin binanın qarşısında saxlayıb darısqallığa səbəb olmaması üçün vahid dayanacağın yaradılması da təklif edilir.

Bakı Şəhər İcra Hakimyyətindən bildirildi ki, artıq yerli rayon icra hakimyyətlərinə abadlıq işləri başa çatdıqdan sonra şəxsi avtomobillərin saxlanılması üçün dayanacaqların yaradılması barədə göstəriş verilib.