Azərbaycan ərazisində küləkli hava proqnozlaşdırılır.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, bu gündən etibarən Bakı və Abşeron yarımadasında, o cümlədən bölgələrdə küləkli hava müşahidə olunur. Gündüz külək arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.Sabahdan isə şimal-qərb küləyinin cənub küləyinə keçməsi gözlənilir. Küləkli hava şəraiti yaxın 2-3 gün ərzində müşahidə olunacaq.
Bölgələrdə də küləkli hava şəraiti müşahidə ediləcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Ölkə ərazisində şimal-qərb küləyi cənub, sonra yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur rejimində isə ciddi dəyişiklik gözlənilmir.