Qaziler.az Moderator.az-a istinadən xəbər verir ki, professor Rafiq Əliyevə dünya elmindəki görkəmli nailiyyətlərinə görə yeni nüfuzlu mükafat verilib.
Bu elmi mükafat Beynəlxalq qeyri-səlis sistemlər cəmiyyətinin dünyada seçilmiş alimlərə verdiyi mükafatdır. Ümumdünya qeyri-səlis sistemlər komitəsinin sədri Amerikalı professor Ronald Yager professor Rafiq Əliyevə ünvanladığı təbrik məktubunda yazır:“Hörmətli professor R.Əliyev!
Ümumdünya qeyri-səlis sistemlər cəmiyyətinin mükafatına seçki yolu ilə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu mükafat qeyri-səlis məntiq və uyğun elm sahələrinə görkəmli töhfələr vermiş alimlərə tanınma və şərəf nişanı kimi verilir. Belə nüfuzlu mükafat üçün seçim meyarı elmə fundamental töhfələr vermək və görkəmli (pioneering) elmi nailiyyələrə imza atmaqdır.
Mükafatın təqdimatı İspaniyada, Gijon, Asturias da olacaqdır.
Təbriklər!”