Bakıda quruaşdırlan parkomatların məqsədi sıxlığın aradan qaldırılması olsa da, bəzi ərazilərdə əlavə problemlər yaradıb.
Qaziler.az-ın ATV.az-a istinadən məlumatına görə, sürücülər də deyirlər ki, şəhərin bir çox yerlərində parkomat problemi həll etmək üçün deyil, qazanc üçün qoyulub.Qeyd edək ki, bir müddət öncə "Azəravtayol" ASC bir neçə parkomat aparatının lazımsız yerdə quraşdırılması barədə məsələ qaldırmaqla həmin aparatların ləğvinə nail olmuşdu
Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevi tutduğu vəzifədən azad edib. Onun işdən çıxarılmasına səbəb kimi paytaxtda qanunsuz parkamatların quraşdırırılması və dayanacaq yaradılması göstərilir.