İçərisində Azərbaycan vətəndaşları olan Rusiya təyyarəsi eniş edib. "Vesti"nin verdiyi məlumata görə, Yəməndən Rusiya və digər ölkə vətəndaşlarını gətirən ikinci təyyarə Moskva vilayətinin Çkalovski hava limanına enib.
İkinci təyyarə 150 sərnişin gətirib. Onların arasında Rusiya, Azərbaycan, Belarus, Polşa, Ukrayna, Qırğızıstan, Tacikistan, Yəmən vətəndaşları olub. Təyyarə sərnişinləri arasında uşaqlar da var.Qeyd edək ki, Yəməndən gələn ilk təyyarə gecə saat 02:25-də eniş edib. Rusiya təyyarəsi hərbi əməliyyatlara görə, Yəməni tərk edən 160 nəfəri ölkədən çıxarıb. Onlardan 120-si Rusiya, 15-i Belarus, 10-u Polşa, 8-i Ukrayna, 3-ü Qırğızıstan, 3-ü Özbəkistan, 1-i Yəmən və 1-i Tacikistan vətəndaşı olub. Evakuasiya edilənlərdən 15-i uşaq, 64-ü isə qadın olub.