Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin atasının yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılıb.
Qaziler.az Report-a istinadən xəbər verir ki, bu barədə M.İbrahimin vəkili Yalçın İmanov məlumat verib.Onun sözlərinə görə, M.İbrahim bir gün sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.
Xatırladaq ki, M.İbrahimin atası sentyabrın 3-də dünyasını dəyişib.
Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.