Gülər Əhmədova Həccə gedib

Gülər Əhmədova Həccə gedib backend

Sabiq deputat Gülər Əhmədova müqəddəs Həcc ziyarətinə gedib. Bu barədə o özü məlumat verib.

Qaziler.az bildirir ki, bu barədə Modern.az xəbər verir.

“Allah arzusunda olan hər kəsə qismət etsin”, - deyə G.Əhmədova bildirib.

Qeyd edək ki, keçmiş deputat bir müddət öncə məhkəmə vasitəsilə ölkədən xaricə çıxmaq icazəsi alıb.

Belə ki, bu il iyulun 12-də Bakı Apellyasiya Məhkəməsində eks-deputat Gülər Əhmədovanın Azərbaycandan kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxlıb və ona üç ay müddətinə Azərbaycan hüdudlarından kənara çıxmasına icazə verilib.

Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.