Qeydiyyat orqanına getmədən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün olacaq.
Bu məqsədlə müraciətin və sənədlərin elektron formada qəbulu qaydaları dəyişdirilib.Ədliyyə Nazirliyinin kollegiyası adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamenti təsdiq edib. Elektron qaydada müraciət əsasında 25 gün ərzində ad, ata adı və soyad dəyişdir mümkün olacaq.
Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətin digər icraçıları Daxili İşlər Nazirliyinin rayon və şəhər polis orqanlarıdır. Elektron xidmət qismən avtomatlaşdırılıb. Elektron xidmətin icra müddəti 25 gündür.
Elektron xidmətin göstərilməsinin nəticəsində adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı aparılacaq. Dəyişdirilmə mümkün hesab edilmədikdə imtina barədə qərar istifadəçiyə təqdim ediləcək.
“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: