Türkiyə Milli Müdafiə Nazirliyinin general-mayor Erhan Sipahioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) olublar.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar agentliyin təcrübəsindən faydalanıb, mina təmizləmə və keyfiyyət yoxlaması standartlarının əməliyyatlar zamanı ərazidə icra olunmasına dair fikir mübadiləsi aparıblar.Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti ANAMA-nın Horadiz və Göygöl beynəlxalq təlim mərkəzləri ilə tanış olublar.