Qarabağ müharibəsi veteranı minnətdarlıq edir

Qarabağ müharibəsi veteranı minnətdarlıq edir backend

Artıq onuncu gündür ki, Respublka əlllərin bərpa mərkəzində müalcə olunan Əfqanıstan və Qarabağ döyüşlərinin keçmiş iştirakçısı Tərlan Eyvazov orada ona göstərilən xidmətdən razıdır.

Qaziler.az bildirir ki, keçmiş döyüşçü hətta, özünün Facebook səhifəsində oradakı tibb personalına öz minnətdarlığını bildirməyi özünə borc bilib. O, mərkəzin baş həkim əvəzi Günay Rəfiyeva minnətdarlığını belə bildirib: "İnanin ki, bu əsəb dolu zamanda, hər şeydən narazı olduğumuz br vaxtda mərkəzin rəhbərlik və kollektivi elə bil bu məchul dünyamizda bir xoş məram üçün yaradiblar. Onlar əlillərə əldə olan bütün vasitələrdən istifadə etməklə hər cür qayğı göstərirlər.Bərpa mərkəzinin əməkdaşları haqda çoxlu xoş sözlər yazmaq olar və onlar buna layiqdirlər. Amma qısaca deyirəm: o şəfalı əlləriniz var olsun! Mərkəzin baş həkim əvəzi Günay bala, ( biz yaşlı xəstələr Günay həkimi, (Gunay Rəfiyeva) çox istədiyimizdən belə çağırırıq) çox sağ ol! Sənə və kollektivinə uğurlar olsun!"
Diaspora