Prezident İlham Əliyev Salyan rayonuna səfər edib

Prezident İlham Əliyev Salyan rayonuna səfər edib backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərini başa çatdıraraq Salyan rayonuna gəlib.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə Salyan şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov abidənin ətrafında və rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.