Prokurorluq orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun əmri ilə Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavini təyin edilib.
Təyinat təxminən 1 ay əvvəl olub.E. Qənizadə buna qədər Bakı Şəhər Prokurorluğunda çalışıb.
Qeyd edək ki, E. Qənizadə millət vəkili Çingiz Qənizadənin oğludur.



