İlham Əliyev Gürcüstanın baş nazirini qəbul etdi

İlham Əliyev Gürcüstanın baş nazirini qəbul etdi backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilini qəbul edib. * * *11:23 Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasına səfərə gəlib. Gürcüstanın baş nazirini Heydər Əliyev Beynəlxalq Hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

* * *10:28

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə yola düşüb.

Gürcüstan KİV xəbər verir ki, onun Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Artur Rasi-zadə ilə görüşləri planlaşdırılır.

Rəsmi görüşlərdə bir sıra ikitərəfli məsələlər müzakirə olunacaq.

Baş naziri səfər zamanı energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini Qiqi Giqiadze müşayiət edəcək.