Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 30.04.2015-ci il tarixdə saat 11:00-da
30.04.2015-ci il tarixdə saat 11:00-da Xidmətin Şirvan şəhər şöbəsinin inzibati binasında (Şirvan şəhəri, H. Əliyev pr. 4) Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Sabirabad, Saatlı rayon və Şirvan şəhər sakinlərinin qəbulunu həyata keçirəcək. Qaziler.az Xidmətin saytına istinadən bildirir ki, qəbula yazılmaq istəyən vətəndaşlar 29.04.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.