Nazirlik: “Əsgərimiz düşmən atəşindən həlak olmayıb”

Nazirlik: “Əsgərimiz düşmən atəşindən həlak olmayıb” backend

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgərinin ermənilərin açdığı atəş nəticəsində həlak olmasını təkzib edib. QAZILER.AZ-ın məlumatına görə, bu barədə nazirliyin saytı xəbər yayıb.

Məlumatda bildirilir: “Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil”.