ANS-in daha bir əməkdaşı “Region TV”də

ANS-in daha bir əməkdaşı “Region TV”də backend

Lisenziyası ləğv edilmiş ANS-in aparıcısı Natiq Nailəoğlu yeni mövsümdən “Region TV”də efirə çıxacaq.

Qaziler.az saytı xəbər verir ki, “Region TV” kanalının sözçüsü İsmayıl Həsənov məlumatı Ölkə.az-a təsdiqləyib. O, bildirib ki, Natiq Nailəoğlu ilə artıq razılığa gəlinib və o, yeni mövsümdən etibarən kanalın xəbərlər xidmətində aparıcı olaraq çalışacaq.

Qeyd edək ki, ANS-in daha bir əməkdaşı Rahil Sayadoğlu da bu mövsümdən etibarən "Region TV"-də yeni layihə ilə efirə çıxacaq.