Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və JEF Azərbaycan təşkilatının sədr müavini Nərgiz Xələf 29-31 mart 2015-ci il tarixlərində, İsveç Krallığının Uppsala şəhərində keçirilən Gənc Avropa Federalistlərinin (JEF) Federal Komitəsinin Görüşündə iştirak edib. Təbirdə Avropa Birliyi ölkələri, eləcə də Türkiyə və Azərbaycan iştirak edib. Bu barədə QAZİLER.AZ saytına AGAT-ın katibliyindən məlumat daxil olub.
Görüşün ilk günü Avropa Parlamentinin nümayəndəsi Sisiliya Vikstrom ilə müzakirə keçirildi. Avropa Parlamentində müzakirəyə çıxarılan gənclər siyasətinə dair “Strateji Dialoq” proqramının təqdimatında təkliflərin verilməsi və müzakirələrdə fəal iştirak etdiyi üçün JEF Azərbaycanın xüsusi qeyd olundu.Qeyd edək ki, proqram gənclərin daha da aktivləşməsini və güc strukturlarında təmsil olunmasının artırılmasına xidmət edir. Növbəti ay Luksemqburq Krallığında Avropa Birliyinə daxil olan ölkələrin aidiyyatı nazirləri proqram üzrə müzakirələrə başlayacaqdır.
Parlament üzvü ilə görüşdə Nərgiz Xələf Qafqaz regiondakı münaqişələr, sülh quruculuğu, Avropa inteqrasiya prosesində AB ölkələrinin ordusunun yaradılması, Ukrayna-Rusiya müharibəsi, miqrantların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı müzakirələrdə iştirak edib fikir bildirdi.
Federal Komitənin görüşündə AGAT/JEFAzərbaycan JEF Almaniya və JEF Fransa ilə birgə layihənin həyata keçirilməsini qərara akdılar. Bu ilin may ayında Almaniyanın paytaxtı Berlin şəhərində keçiriləcək tədbirdə layihənin dedalları müzakirə olunacaqdır.
Xatırladaq ki, Gənc Avropa Federalistlər (JEF) 1950-ci ildə yaradılib və hal-hazırda 35 ölkə şəbəkyə üzvdür. Azərbaycan 2013-cü ildə etibarən Avropanın ən böyük şəbəkə təşkilatının üzvüdür. İldə iki dəfə keçirilən Federal Komitənin görüşünün məqsədi Avropanın müəyyən problemləri qabardmaq, problem üzrə mövzuları müzakirə edib, onun həlli yollarını axtarıb tapmaqdır. Daha sonra onun realizə edilməsi üçün iş aparmaqdır. JEF şəbəkəsinin çıxartdığı nəticələr Avropa Parlamentinə ötürülür.