Bu gün Azərbaycan- Fransa Birgə Universitetinin açılışı münasibətiylə görüş keçiriləcək. Fransa Səfirliyinin Mətbuat şöbəsinin nümayəndəsi Mina xanımın ATV.az-a verdiyi məlumata görə, keçiriləcək görüşdə Fransanın 20 universitetindən nümayəndələr iştirak edəcək.
Qeyd edək ki, Fransanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Paskal Mönyenin də iştirak edəcəyi görüş, bu gün saat 19:00 da Fransa Səfirliyinin binasında baş tutacaq.