"Azercell Telecom" şirkəti "Simsim" abunəçisi olan müharibə veteranları üçün güzəştli kampaniya keçirir. Şirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müharibə veteranlarının balanslarına birinci dəfə yüklənən məbləğ müqabilində təqvim ayı ərzində balanslarına əlavə eyni məbləğdə vəsait yüklənəcək.
Qoşulmaq üçün şəxsiyyət vəsiqəsi və veteranlığı təsdiq edən sənədlə Müştəri Xidmətləri və ya "Azercell Ekspress" ofislərinə yaxınlaşmaq qerekdir.Kampaniya 02.04.2015 – 31.05.2015 tarixlərində keçirilir.
Kampaniyada Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti tərəfindən veteranlara verilən sənədlər keçərlidir.
Kampaniya çərçivəsində təqdim olunan bonusun istifadə müddəti 7 gündür və bu müddət təqdim olunan hər növbəti bonusun istifadə müddəti ilə bərabərləşdirilir.
Bonus şəbəkədaxili zənglərə, SMS və MMS-lərə istifadə oluna bilər.