“Qafqaz” Universitetindəki türkiyəli müəllimlərin işdən çıxarılması türk mətbuatının da diqqət mərkəzindədir.
Qaziler.az-ın məlumatına görə, “A24.az” bildirir ki, bu məsələ ilə bağlı Türkiyənin “a-haber” televiziya kanalına verdiyi müsahibədə aparıcının 50-ə yaxın türkiyəli müəllimin FETÖ-nun nəzarətində olan bu universitetdən xaric edilmələri və bundan sonra nə baş verəcəyi – onların həbs olunma ehtimalı ilə bağlı sualına cavab olaraq bu ölkənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, bu Azərbaycanın daxili işidir. “FETÖ-nun Türkiyədən sonra ən güçlü olduğu yer Azərbaycandır. Onların Azərbaycanda həm media, həm ticarət, həm də orta və ali təhsil sahələrində güclü təşkilatlanmaları var. Bu da Azərbaycan üçün təhlükə yaradır. Orta Asiya türk çümhuriyyətlərində də bənzər şeyləri görmək mümkündür.Azərbaycanın dövlət başçısı, cənab İlham Əliyev güclü liderliyi olan, ölkəsini daim irəli aparan uzaqgörən liderdir. Mən onun Azərbaycanın bu gün və gələcəkdə təhdid və təhlükə altında olmaması üçün hər addımı atacağına inanıram. Cənab İlham Əliyevin bu məsələ ilə bağlı olan uzaqgörənliyinə görə də alqışlayıram”.